Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, üç avtomobilin toqquşması nəticəsində sürücülərdən biri - Şərifağa Əmənov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)