Bu gün Bakının Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, fasilə təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.
Bildirilib ki, iyulun 17-də saat 10:00-dan etibarən işlər başa çatanadək Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlarında, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsində, Xutor qəsəbəsində, Vorovski yaşayış massivində, eləcə də Sabunçu rayonunun Səməd Vurğun və Azərbaycan qadını küçələrində qazın verilişi dayandırılacaq.
"Azəriqaz" qeyd edib ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)