Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri, azərbaycanəsilli Timur Tkaçenkonu (Məmmədov) vəzifəsindən azad edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının müvafiq fərmanında qeyd olunub.
"Timur Firudinoviç Tkaçenko Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi vəzifəsindən azad edilsin", - deyə fərmanda bildirilir.
Qeyd edək ki, 1989-cu il avqustun 18-də Kiyevdə anadan olan T.Tkaçenko 2024-cü il dekabrın 31-dən etibarən Kiyev Şəhər Hərbi Administrasiyasına rəhbərlik edirdi.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)