Biləsuvarda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, qəza rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hadisə üç avtomobilin iştirakı ilə baş verib.
Ağır qəza nəticəsində sürücülərdən biri - Şərifağa Əmənov həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)