Ağciyərlərdəki ləkələri silgi kimi təmizləyir: Bir sapı belə kifayətdir

22 İyul 2026 00:02

Ağciyərlərimiz zərərli vərdişlər, havanın çirkliliyi və müxtəlif xəstəliklər səbəbindən ləkələnə bilər. Bu ləkələr təmizlənmədikdə gələcəkdə ciddi sistem xəstəliklərinə yol aça bilər. Budur, ağciyərləri silgi kimi təmizləyəcək o sağlam tərəvəz və istifadə qaydası.

Hər gün nəfəs aldığımız çirkli hava, egzoz tüstüsü, passiv siqaret çəkmə və ən əsası da siqaret tüstüsü... Ağciyərlərimiz hər saniyə sanki görünməz bir mübarizə aparır. Zamanla tənəffüs yollarında yığılan qətran və selik təbəqəsi; xroniki öskürək, nəfəs darlığı və səhərlər keçməyən yorğunluq hissi ilə özünü büruzə verir. Bəs bahalı detoks suları və ya kimyəvi əlavələri bir kənara qoyub, tezgahdakı o ən ucuz göyərtiyə şans verməyə nə deyirsiniz? Bazarda çoxlarının sapını qırıb zibilə atdığı o tərəvəz, əslində ağciyərlərin ən güclü təbii süpürgəsidir!

Zibilə gedən xəzinə: Kərəviz sapı
Adətən yalnız kökünü bişirib yediyimiz, yarpaqlarını isə "yararsız" deyib tulladığımız kərəviz, əslində əsl ağciyər dostudur. Tibbi araşdırmalar göstərir ki, kərəvizin xüsusilə yaşıl yarpaq və sap hissələri ağciyər sağlamlığı üçün inanılmaz təsirlərə malikdir.

Qətran sökücü təsir: Kərəviz yarpağı yüksək miqdarda apigenin maddəsi və efir yağları ehtiva edir. Bu komponentlər ağciyər divarlarına yapışan selik və qətran təbəqəsini yumşaldaraq bədəndən xaric edilməsini asanlaşdırır.

Hüceyrə yeniləyici: Tərkibindəki sıx C vitamini və beta-karotin, siqaret tüstüsünün hüceyrələrdə yaratdığı ziyanı (oksidativ stress) azaldaraq ağciyər toxumasının özünü bərpa etməsinə dəstək olur.

Təbii nəfəs açıcı: Kərəviz sapındakı zəngin maqnezium və natrium balansı, bronxların ətrafındakı əzələləri boşaldaraq ağciyər tutumunu artırır və daha rahat nəfəs almağınızı təmin edir.

Ağciyərləri təmizləyən yaşıl detoks resepti
Kərəviz yarpaqlarından maksimum fayda əldə etmək üçün onları bişirmədən, yəni çiy şəkildə istehlak etmək lazımdır.

Tərkibi:

1-2 dal təzə kərəviz yarpağı və sapı

Yarım yaşıl alma

Yarım limonun təzə sıxılmış suyu

1 stəkan içməli su

Hazırlanması və istifadəsi:
Bütün məhsulları blenderdən keçirərək hamar, yaşıl bir içki əldə edin. Bu detoksu səhərlər ac qarına, həftədə 3-4 gün təzə şəkildə istehlak edin. Xüsusilə siqaret istifadə edənlərin və ya yeni tərgidənlərin ildə bir neçə dəfə 15 günlük kürlər halında tətbiq etməsi tövsiyə olunur.

Vacib qeyd: Kərəviz yarpağı güclü sidikqovucu və təzyiq tənzimləyicidir. Bu səbəbdən xroniki böyrək xəstələri və ya müntəzəm dərman qəbul edənlər bu kürü tətbiq etməzdən əvvəl mütləq həkimləri ilə məsləhətləşməlidirlər. Unutmayın ki, təbii kürlər dəstəkləyicidir; ağciyər sağlamlığı üçün ən köklü həll siqaretdən tamamilə uzaq durmaqdır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)