Zelenski Hakan Fidanı ordenlə təltif edib (Foto)

16 İyul 2026 23:40

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri çərçivəsində Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Volodimir Zelenski Hakan Fidanı Ukraynanın II dərəcəli "Xidmətə görə" ordeni ilə təltif edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)