Tərtərdəki qəzada ölənlər ər-arvad imiş - (Foto)

16 İyul 2026 19:53

Tərtərdə baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxslərin ər-arvad olduğu məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  qəzada ölən Bərdə rayonunun Qaraqoyunlu kənd sakinləri - 1962-ci il təvəllüdlü Əhmədov Adil İbrahim oğlu və 1973-cü il təvəllüdlü Əmirova Elza Novruz qızı bir ailənin üzvləri, yəni ər-arvad olublar.

Qeyd edək ki, onlar Tərtər rayonunun Təzəkənd kəndi ərazisində yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada həyatlarını itiriblər.

Faktla bağlı araşdırma davam etdirilir.

------------

Tərtər rayonunda minik avtomobili yük maşını ilə toqquşub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə rayonun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı minik avtomobili ilə "MAN" markalı yük avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və hadisə nəticəsində "Mercedes" markalı avtomobildə 2 nəfərin meyiti sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Bərdə rayonu, Qaraqoyunlu kənd sakinləri - 1962-ci il təvəllüdlü Əhmədov Adil İbrahim oğlunun və 1973-cü il təvəllüdlü Əmirova Elza Novruz qızının meyitlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)