Özündən 1 yaş böyük olduğunu öyrəndi - Reaksiyası gündəm oldu - (Video)

17 İyul 2026 09:18

Türkiyədə baş tutan "TikTok" canlı yayımında iki qadın arasında yaşanan maraqlı dialoq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, canlı yayım zamanı evdar qadın qarşısındakı xanımın özündən cəmi bir yaş böyük olduğunu öyrənəndə təəccübünü gizlədə bilməyib. O, gənc görünüşünə görə qarşı tərəfi subay qız hesab etdiyini etiraf edib.

Daha sonra həmin xanımın 18 yaşlı övladının olduğunu öyrənən evdar qadın gördüklərinə inanmadığını bildirib və təəccüb dolu reaksiyası izləyicilərin diqqətini çəkib.

Gənc görünüşü ilə maraq doğuran xanım estetik əməliyyatlar etdirdiyini desə də, qarşı tərəf bununla belə onun yaşından xeyli cavan göründüyünü vurğulayıb.

Canlı yayım zamanı baş tutan bu səmimi dialoq qısa zamanda sosial şəbəkələrdə yayılaraq minlərlə baxış toplayıb. İzləyicilər iki qadının söhbəti ilə bağlı fərqli fikirlər səsləndirib, görüntülər geniş müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)