"Google Play"də VK və "Maks" tətbiqləri silinib

16 İyul 2026 17:27

VK şirkətinin VK və "Maks" tətbiqləri artıq "Google Play" mağazasında mövcud deyil. Şirkət bildirib ki, tətbiqlər əvvəldən quraşdırılmış cihazlarda normal işləməyə davam edir.

Milli.Az xəbər verir ki, açıqlamaya əsasən, Android istifadəçiləri proqramları RuStore, Huawei AppGallery, Samsung Galaxy Store, Xiaomi GetApps və digər alternativ tətbiq mağazalarından yükləyə və yeniləyə bilərlər. Bildirişlər, zənglər və digər funksiyalar da əvvəlki qaydada işləməyə davam edəcək.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)