Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoran Fəxrəddin Vəliyevin olub

16 İyul 2026 17:03

Xəbər verdiyimiz kimi, Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən "Narın Qala" restoranında zəhərlənmə hadisə baş verib.

Milli.Az xəbər verir ki, 11 nəfər qida qəbul etdikdən sonra zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yeləşdirilib.

AQTA əməkdaşları tərəfindən restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi "Narın Qala" restoranı YAP Şəmkir Rayon Təşkilatının keçmiş sədri Fəxrəddin Vəliyevə məxsus olub. Fəxrəddin Vəliyevin oğlu Vəli Vəliyev tərəfindən idarə olunur. 

Qeyd edək ki, Fəxrəddin Vəliyev iyulun 6-da təqaüd yaşı ilə əlaqədar YAP Şəmkir Rayon Təşkilatının keçmiş sədri vəzifəsindən azad edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)