İstənilən adamın səsini anında çıxarır - (Video)

16 İyul 2026 16:37

Hindistanlı gəncin qeyri-adi istedadını nümayiş etdirdiyi videolar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Milli.Az xəbər verir ki, gənc müxtəlif insanların səsini və danışıq tərzini yüksək dəqiqliklə təqlid etməsi ilə diqqət çəkib. Onun fərqli səsləri canlandırdığı görüntülər qısa zamanda milyonlarla izləyicinin marağına səbəb olub.

Sosial şəbəkə istifadəçiləri gəncin səs bənzətmə qabiliyyətini heyranlıqla qarşılayaraq onun istedadını yüksək qiymətləndiriblər. Bir çoxları bu bacarığın peşəkar səviyyədə olduğunu qeyd edib.

Sürətlə yayılan videolar qlobal miqyasda viral olaraq geniş müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)