Bakıda açıq ərazidə yanğın olub

16 İyul 2026 16:22

Bakının Suraxanı rayonunda açıq ərazidə yanğın hadisəsi baş verib.

Milli.Az xəbər verir ki. hadisə Yeni Günəşli ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunub. Yanğının qarşısı alınıb.

Hadisənin səbəbləri ilə bağlı məlumat verilmir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)