Əlcəzairdə uşaq evində yanğın: 11 uşaq ölüb

16 İyul 2026 15:05

Əlcəzairin paytaxtında yerləşən uşaq evində baş verən yanğın faciə ilə nəticələnib.

Xarici KİV-in məlumatına görə, hadisə nəticəsində 11 uşaq həyatını itirib, 19 uşaq isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilib ki, yaralananlardan 10-u yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)