İngiltərə qapıçısının su qabına görün nə yazıblar - Messi şokda... - (Foto)

16 İyul 2026 14:32

DÇ-2026-nın İngiltərə - Argentina yarımfinal qarşılaşmasından sonra maraqlı hadisə yaşanıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksələn Argentina millisinin futbolçuları matçdan sonra rəqib qapıçı Cordan Pikforda məxsus su qabını diqqətlə incələyiblər.

Atlanta şəhərində keçirilən oyundan yayılan görüntülərdə qabın üzərində Argentina millisinin futbolçularının mümkün penalti zərbələrini hara yerinə yetirə biləcəkləri ilə bağlı qeydlərin olduğu görünür. Bu məqamı görən argentinalı oyunçular maraqla su qabının ətrafına toplaşıblar.

Sosial şəbəkələrdə sürətlə yayılan həmin kadrlar futbolsevərlərin diqqətini çəkib və geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Argentina yarımfinalda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək DÇ-2026-nın finalına yüksəlib. Komanda həlledici qarşılaşmada İspaniya millisi ilə üz-üzə gələcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)