Azərbaycan cüdoçusu Hidayət Heydərov dünya çempionatında əvvəlki çəki dərəcəsinə qayıdacaq.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli bildirib ki, Hidayət Heydərov 81 kq çəki dərəcəsində mübarizə aparmayacaq.
Onun sözlərinə görə, cüdoçu 81 kq çəkidə qüvvəsini sınayıb və bu kateqoriyada uğurlu nəticə göstərərək medal qazanıb. Lakin dünya çempionatında Hidayət Heydərov ənənəvi olaraq çıxış etdiyi 73 kq çəki dərəcəsində tatamiyə çıxacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)