Tuxel Argentinaya məğlubiyyət səbəbindən danışdı

16 İyul 2026 12:00

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Argentinaya məğlubiyyət səbəblərini açıqlayıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis problemi taktiki quruluşda görməyib.

Tuxel matçı belə şərh edib:

"İkinci qolu vurmaq istəyirdik. Hücum xəttini gücləndirməyin oyunun gedişatını dəyişməyəcəyini hesab etdim. 4-4-2 düzülüşündə oynamağa davam etdik. Lakin passiv oynamağa başladıq. Top qazanıb, nəzarətdə saxlaya bilmədik. Problemin taktiki quruluşda olduğununu düşünmürəm, heç nəyi dəyişməmişdik. Matç tamamilə dəyişdi".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)