"Barselona" yenidən bir neçə ay doğma "Kamp Nou"nu tərk etmək məcburiyyətində qalacaq.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb isə dam örtüyünün tikintisidir.
Katalonlar mövsümün ilk hissəsində matçlarını "Moncuik" Olimpiya Stadionunda keçirəcəklər.
Təmirin 2027-ci ilin iyun ayında başlaması gözlənilir. Təxminən 4 ay yarım davam edəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)