Bilgəhdə dənizdə bir nəfər batdı - Axtarış başlanıldı

16 İyul 2026 11:02

Bakı şəhərinin Xəzər rayonunda dənizdə batan şəxsin axtarışlarına başlanılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, "112" qaynar telefon xəttinə Bilgəh qəsəbəsində, "Daçnik" adlanan ərazidə və ən yaxın xilasetmə məntəqəsindən təxminən 3 kilometr uzaqlıqda yerləşən nəzarətsiz dəniz sahəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Hadisə ilə bağlı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda 2003-cü il təvəllüdlü Rəhman Əmirovun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

FHN vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməyə, nəzarətsiz və qeyri-çimərlik ərazilərdə çimməməyə, eləcə də küləkli hava şəraitində dənizə girməməyə çağırıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)