İngiltərə millisinin dünya çempionatının yarımfinalında Argentinaya 1:2 hesabı ilə uduzduğu qarşılaşmadan sonra meydanda qalmaqallı hadisə baş verib.
Milli.Az xəbər verir ki, final fitindən dərhal sonra İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellinqem argentinalı futbolçu Valentin Barkoya qarşı aqressiv hərəkəti ilə diqqət çəkib. Sosial şəbəkələrdə yayılan kadrlarda Bellinqemin ehtiyat oyunçular skamyasında olan Barkoya şillə vurduğu əks olunub.
Hadisənin Valentin Barkonun komanda yoldaşları ilə birlikdə finala yüksəlmə sevincini qeyd etdiyi vaxt baş verdiyi bildirilir. İngilis futbolçunun bu addımı atmasına səbəb olan məqam isə hələlik açıqlanmayıb.
Qarşılaşmanın son dəqiqələrində də emosiyalarını cilovlamaqda çətinlik çəkən Cud Bellinqem əvvəlcə Lionel Messiyə qarşı sərt qayda pozuntusuna yol verib, Nikolas Otamendi ilə mübahisə edib. Sarı vərəqə almaması diqqət çəkib.
Qeyd edək ki, məğlubiyyətlə dünya çempionatı ilə vidalaşan İngiltərə yığması turnirdə mübarizəni dayandırıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)