Qubada 2003-cü il təvəllüdlü Səbinə Əmrahovanın ölümü ilə bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Milli.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 14-də Səbinə Əmrahova ev şəraitində ona antibiotik preparatının inyeksiya edilməsindən sonra səhhəti pisləşdiyi üçün tibb müəssisəsinə yerləşdirilib, iyulun 15-də isə müalicə aldığı xəstəxanada özü və bətnindəki döl ölüb.
Hazırda hadisənin başvermə şəraiti, ölümün səbəbi, göstərilmiş tibbi yardımın həcmi və digər əhəmiyyət kəsb edən hallar qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv şəkildə araşdırılır.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək və qanunauyğun qərarın qəbul edilməsi təmin olunacaq.
______________
Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə qadının ölümü ilə bağlı hadisə qeydə alınıb.
Milli.Az apa-ya istinadən xəbər verir ki, rayonun İqrığ kənd sakini, 2003-cü il təvəllüdlü S. Əmrahova 5 aylıq hamilə olub.
Bildirilib ki, ona antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil pisləşib. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)