Göyçayda 36 yaşlı kişi bıçaqlandı, şübhəli şəxs saxlanıldı

16 İyul 2026 10:32

İyulun 15-də axşam saatlarında Göyçay şəhərində bıçaqlanma hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, rayon sakini, 46 yaşlı Fariz Səlimov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 36 yaşlı Mikayıl Əliyevə kəsici alətlə xəsarət yetirib.

Hadisə ilə bağlı polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Fariz Səlimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)