Dünya birjalarında neftin qiymətində enmə qeydə alınıb.
"ICE London" qitələrarası birjasında aparılan ticarət zamanı 2026-cı ilin avqust ayı üzrə "Brent" markalı neftin fyuçersləri 0,47% ucuzlaşaraq bir barel üçün 84,55 ABŞ dolları olub.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında isə 2026-cı ilin avqust ayı üzrə WTI markalı neftin bir barelinin qiyməti 0,29% azalaraq 79,37 ABŞ dollarına düşüb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)