Məşhur türk futbolçunun aktrisa xanımı geyimi ilə müzakirə yaratdı - (Video)

16 İyul 2026 09:53

Türkiyənin sevilən aktrisası Melisa Aslı Pamuk bu dəfə seçdiyi geyim tərzi ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, məşhur, məşhur türkiyəli futbolçu Yusuf Yazıcının həyat yoldaşı olan aktrisa tədbirə çəhrayı rəngli, dekolteli və şəffaf detallarla zəngin libasda qatılıb. Onun zərif və cəsarətli görünüşü tədbirdə diqqət mərkəzində olub.

Melisa Aslı Pamukun geyim seçimi qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilər onun obrazı ilə bağlı müxtəlif fikirlər səsləndirib. Bəziləri aktrisanın zövqlü və eleqant görünüşünü bəyənsə də, digərləri libasın seçimi ilə bağlı fərqli rəylər paylaşıblar.

Sənətçinin tədbirdən yayılan görüntüləri qısa müddətdə çoxsaylı baxış toplayaraq sosial mediada geniş müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)