Çölü nazik, içi bol içlikli: İçli köftə necə hazırlanır?

16 İyul 2026 01:01

Türk mətbəxinin ən sevilən yeməklərindən biri olan içli köftə nazik bulqur xəmiri və ədviyyatlı qiymə içliyi ilə süfrələrin vazkeçilməzidir. Ev şəraitində asanlıqla hazırlaya biləcəyiniz içli köftə reseptini və püf nöqtələrini təqdim edirik.

Milli.Az xəbər verir ki, içli köftə xüsusilə Cənub-Şərqi Anadolu bölgəsi olmaqla, Türkiyənin bir çox yerində sevilərək yeyilən ənənəvi bir ləzzətdir. Doğru texnika ilə hazırlandıqda çölü nazik, içi isə bol ləvazimatlı olan içli köftə süfrələrin ulduzuna çevrilir.

İçli köftə üçün lazım olan ərzaqlar
Xəmir üçün:

2 stəkan incə bulqur (kiftəlik)

1 stəkan manna

1 ədəd yumurta

2 xörək qaşığı un

1 xörək qaşığı bibər salçası

1 çay qaşığı zirə (kimyon)

1 çay qaşığı pul bibər

Duz

Təxminən 1 stəkan isti su

İçlik üçün:

300 qram orta yağlı qıyma

2 ədəd quru soğan

2 xörək qaşığı bitki yağı

1 stəkan (çay stəkanı) iri doğranmış qoz

1 çay qaşığı qara istiot

1 çay qaşığı pul bibər

1 çay qaşığı zirə

Duz

Xırda doğranmış cəfəri

Hazırlanması:
İlk növbədə incə bulquru geniş bir qaba tökün və üzərinə isti su əlavə edərək təxminən 15 dəqiqə dincəlməyə qoyun. Bulqur şişdikdən sonra üzərinə manna, yumurta, un, salça və ədviyyatları əlavə edib, ələ yapışmayan yumşaq bir xəmir əldə edənə qədər yaxşıca yoğurun.

İçlik üçün tavada bitki yağı ilə xırda doğranmış soğanları qovurun. Qıymanı əlavə edib suyu çəkilənə qədər bişirin. Daha sonra ədviyyatları və qozu əlavə edib bir neçə dəqiqə də qovurun. Sonda xırda doğranmış cəfərini əlavə edin və içliyi soyumağa qoyun.

Xəmirdən qoz boyda parçalar qoparın. Əlinizi yüngülcə isladaraq xəmiri nazik şəkildə yayın. Ortasına hazırladığınız qıyma içliyindən qoyun və uclarını birləşdirərək klassik içli köftə formasını verin.

Hazırladığınız köftələri qaynar və az duzlu suda təxminən 6-8 dəqiqə haşlaya bilər, yaxud da qızğın yağda qızılı rəng alana qədər qızarda bilərsiniz.

Xəmiri yoğurarkən əlinizi vaxtaşırı islatmaq xəmirin açılmasını asanlaşdıracaq və çatlamasının qarşısını alacaq. Nuş olsun!

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)