“Yeraltı”nda yeni aktrisa

15 İyul 2026 22:05

"NOW" kanalında yayımlanan "Yeraltı" serialının yeni mövsüm hazırlıqları başlayıb.

Milli.Az xəbər verir ki, yeni mövsüm üçün aktyor heyətinə yeni simalar qatılacaq.

Layihəyə "Bozo"nun (Uraz Kaygılaroğlu) keçmiş sevgilisi və onun bir qız övladı daxil olacaq.

Həmin rolu son olaraq "Operasyon Alesta" serialında, həmçinin "Şakir Paşa Ailəsi: Möcüzələr və Skandallar" layihəsində yer alan uşaq aktrisa Azra Aksu canlandıracaq.

Qeyd edək ki, "Yeraltı"nda baş rolları Devrim Özkan, Uraz Kayqılaroğlu və Deniz Can Aktaş paylaşır. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)