Tom Kruz yeni obrazı üçün tanınmaz hala düşdü (Foto)

15 İyul 2026 20:39

Aktyor Tom Kruz rejissor Alexandro Qonsales İnyarritunun satirik komediyası "Digger" filminin ilk promokadrlarında tamamilə fərqli obrazda görünüb.

Milli.Az xəbər verir ki, 64 yaşlı aktyor ağ saçlı, qrim vasitəsilə daha yaşlı və iri cüssəli göstərilən eksentrik milyarder Diqqer Rokvell obrazına çevrilib.

İstifadəçilər şərhlərdə təəccüblərini gizlətməyiblər, çoxları ekrandakı şəxsin həqiqətən də Kruz olduğuna inanmaqdan imtina edib. (olay)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)