Gəncədə universitet müəllimi vəfat etdi (Foto)

15 İyul 2026 19:28

Gəncə Dövlət Universitetinin (GDU) baş müəllimi Kəmalə İsayeva vəfat edib.

Milli.Az xəbər verir ki, o, 44 yaşında beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

K.İsayeva bakalavr və magistr təhsilini GDU-da alıb. 2004-cü ildən universitetdə müəllim işləyib. 2009-cu ildən isə GDU-nun baş müəllimi olaraq fəaliyyət göstərib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)