Böyük Britaniya hökuməti 16 və 17 yaşlı gənclərin sosial şəbəkələrdən istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.
Milli.Az xəbər verir ki, ölkənin Elm, İnnovasiyalar və Texnologiyalar Nazirliyinin məlumatına görə, sosial platformalara giriş gecə saatlarında məhdudlaşdırılacaq.
Yeni qaydalara əsasən, saat 00:00-dan 06:00-dək yeniyetmələrin "Snapchat", "TikTok", "YouTube", "Instagram" və "X" kimi platformalara çıxışı məhdudlaşdırılacaq. Həmçinin istifadəçilərə məzmun təqdim edən tövsiyə alqoritmlərinin fəaliyyəti dayandırılacaq.
Məlumata görə, bu sistem daha əvvəl pilot layihə çərçivəsində sınaqdan keçirilib. Təcrübədə iştirak edən 13-15 yaşlı yeniyetmələrdə yuxu rejiminin yaxşılaşdığı və diqqət problemlərinin azaldığı müşahidə olunub.
Sosial şəbəkələrdən istifadəyə nəzarəti nəzərdə tutan tədbirlər paketinin 2027-ci ilin yazında qüvvəyə minəcəyi gözlənilir. Yeni qaydalara əsasən, 16 yaşdan aşağı şəxslər üçün sosial mediadan istifadənin tam qadağan edilməsi də nəzərdə tutulur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)