Tovuz rayonunda ailə münaqişəsi zəminində qadına qarşı zorakılıq iddiaları ilə bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Milli.Az-a verilən məlumata görə, sosial şəbəkələrdə T. Rüstəmovanın həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması və sığınacağa yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmalar zamanı qadının həyat yoldaşı A. Bədirov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)