Maradonanın oğlu İngiltərə ilə oyun barədə: “Atam bu matçı adi hesab etməzdi”

15 İyul 2026 14:37

Dieqo Maradonanın oğlu Dieqo Sinaqra Maradona Argentina və İngiltərə arasında keçiriləcək 2026-cı il dünya çempionatının yarımfinalından danışıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  millilərin futbol rəqabətinin katalizatoru İngiltərənin qazandığı 1982-ci il Folklend müharibəsidir. 1986-cı il dünya çempionatında Dieqo Maradona "Tanrının əli" qolunu Argentinanın məğlubiyyətinin simvolik qisası adlandırıb.

"Atam bu matçı adi deyil, sadəcə növbəti oyun hesab edərdi. İstədiyimizi deyə bilərik, amma bu matç normal deyildi və heç vaxt olmayacaq. Bütün argentinalılar və Maradona azarkeşləri üçün bu, Folklend müharibəsi ilə bağlı hər şeyi, orada həlak olan qardaşlarımızı və həmçinin 1986-cı ildə atamın başına gələnləri xatırladan həqiqətən unikal bir hadisə olacaq. O, tarixi bir matçda qalib gəldi və o vaxtdan bəri İngiltərəyə qarşı matçlarda heç bir şey adi olmayıb", - deyə Dieqo Sinaqra bildirib.

Daha əvvəl Argentinanın xarici işlər naziri Pablo Kirno Folklend adalarının (Malvin adaları) mülkiyyəti məsələsi ilə bağlı yeni danışıqların başlanmasını tələb etmişdi.

Komandalar arasında yarımfinal oyunu bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq. İspaniya millisi daha əvvəl Fransanı 2:0 məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)