Rəqsanə ərini uşaq kimi əzizlədi, ona mahnı oxudu - (Video)

15 İyul 2026 13:41

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı ilə bağlı paylaşdığı görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az xəbər verir ki, yayılan videoda sənətçinin yemək masası arxasında həyat yoldaşına xüsusi qayğı göstərdiyi əks olunub. Rəqsanə İsmayılovanın həyat yoldaşını səmimi davranışlarla əzizləməsi və ona göstərdiyi diqqət izləyicilərin diqqətini cəlb edib.

Görüntülərdə ifaçının səsləndirdiyi mahnını da həyat yoldaşına oxuduğu görünür. Cütlüyün səmimi anları sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla izlənilib.

Paylaşım qısa müddətdə geniş yayılıb. İzləyicilər videoya çoxsaylı şərhlər yazaraq cütlüyün mehriban münasibətini yüksək qiymətləndiriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)