"Ziraat Bank Azərbaycan"dan yay mövsümünə özəl istehlak krediti kampaniyası!

15 İyul 2026 12:55

"Ziraat Bank Azərbaycan" müştərilərinin yay planlarını daha rahat həyata keçirməsi məqsədilə yeni istehlak krediti kampaniyasına start verir.

Milli.Az xəbər verir ki, 15 iyul-15 sentyabr tarixlərini əhatə edən kampaniya çərçivəsində müştərilər istehlak kreditini 0% rəsmiləşdirmə komissiyası ilə əldə edə, həmçinin kredit üzrə ödənişlərə 3 ay sonra başlaya bilərlər.

Kampaniya çərçivəsində təqdim olunan kreditin əsas üstünlükləri:

- 50 000 AZN-dək kredit məbləği;

- əmək haqqının 12 mislinədək zaminsiz və sığortasız;

- 0% rəsmiləşdirmə komissiyası;

- 90 gün güzəşt müddəti.

"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)