Xədicə Rəhimova vəfat etdi

15 İyul 2026 12:47

Azərbaycanlı gənc model Xədicə Rəhimova xərçəng xəstəliyindən dünyasını dəyişib.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, 20 yaşlı model son altı il ərzində ağır xəstəliklə mübarizə aparıb.

Məlumata görə, 2022-ci ildə xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə onun ayağı amputasiya olunub. Buna baxmayaraq, Xədicə Rəhimova mübarizəsini davam etdirərək daha sonra model kimi fəaliyyət göstərməyə başlayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)