Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib

15 İyul 2026 12:40

KOB evlərində bir sıra yeni xidmətlər sahibkarların istifadəsinə verilib.

2026-cı il ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib. Bu xidmətlərin 180 minə yaxını "Bakı KOB evi"nin, 90 minə yaxını "Yevlax KOB evi"nin, 2 mindən çoxu bu ilin mart ayında istifadəyə verilmiş "Gəncə KOB evi"nin, 700-ə yaxını "Şuşa KOB evi"nin, 10 mindən çoxu "Xaçmaz KOB evi"nin, 32 mindən çoxu isə "Xaçmaz KOB evi"nin Xudat şəhərindəki xidmət mərkəzinin payına düşür.

KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 272 minə yaxını dövlət qurumları (G2B), 40 mindən çoxu isə biznes qurumları (B2B) tərəfindən göstərilib.     

Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması, vergi, gömrük, poçt və kommunal xidmətlər və s. üçün müraciət ediblər.

Bu ilin I yarısında KOB evlərində bir sıra yeni xidmətlər də sahibkarların istifadəsinə verilib.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB evləri sahibkarlara operativlik, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri əsasında biznes xidmətlərinin göstərildiyi vahid məkandır. KOB evlərində sahibkarlara ümumilikdə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox G2B və B2B xidmətlər göstərilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)