Pezeşkian Xameneinin anım mərasimində diqqət çəkən addım atdı

15 İyul 2026 12:07

İran Prezidenti Məsud Pezeşkianın mərhum Ali Rəhbər Ayətullah Əli Xameneinin anım mərasimində davranışı müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, Tehran müsəllasında keçirilən tədbir zamanı Pezeşkian ona təklif olunan stulda oturmayaraq yerdə bardaş qurub.

Bildirilib ki, ətrafındakıların stulda əyləşmək barədə israrlarına baxmayaraq, İran Prezidenti mərasimi yerdə oturaraq izləyib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)