Müğənni Türkan Vəlizadə sosial şəbəkədə paylaşdığı yeni görüntüsü ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, sənətçinin paylaşımında dediyi "Qal yana-yana" ifadəsi izləyicilər arasında maraq doğurub. Bir çox istifadəçi bu sözlərin kiməsə ünvanlanmış üstüörtülü mesaj olduğunu düşünüb.
Türkan Vəlizadənin paylaşımı qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və müxtəlif müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi sənətçinin paylaşımını bəyənsə də, digərləri fərqli fikirlər səsləndirərək görüntünü birmənalı qarşılamayıblar.
Paylaşıma çoxsaylı şərhlər yazılıb. İstifadəçilər həm sənətçinin görünüşü, həm də paylaşdığı mesajın mənası ilə bağlı müxtəlif ehtimallar irəli sürüblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)