Müğənni Sevda Sanəliyeva çıxışı zamanı sərgilədiyi səhnə performansı ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, ifa zamanı enerjili rəqs hərəkətləri ilə də seçilən sənətçi tamaşaçıların marağına səbəb olub. Sevda Sanəliyevanın səhnədəki görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılaraq geniş müzakirə edilib.
İzləyicilərin diqqətini çəkən məqamlardan biri isə müğənninin fit bədən quruluşu olub. Bir müddət əvvəl bədən şəkilləndirmə əməliyyatı keçirdiyi deyilən sənətçinin görünüşündəki dəyişiklik səhnə görüntülərində də nəzərə çarpıb.
Paylaşılan videoya çoxsaylı şərhlər yazılıb. Bəzi istifadəçilər Sevda Sanəliyevanın görünüşünü və səhnə enerjisini yüksək qiymətləndiriblər, digərləri isə onun yeni görünüşü ilə bağlı müxtəlif fikirlər qeyd ediblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)