UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.
Milli.Az xəbər verir ki, təmsilçimiz "Sabah" Uelsin TNS klubu ilə cavab görüşünə çıxıb.
Hazırda hesab açılmayıb və ümumi nəticədə klubumuz 2:0 öndədir.
Əgər "Bayquşlar" 2-ci təsnifat mərhələsinə yüksələrsə, onların qarşılaşacağı komanda da bəlli olub.
"Kups" klubu "Vardar Skopye" klubuna 2:3 hesabla məğlub olsa da, iki oyunun cəmində 4:3 hesabla qalib gəlib və nəticədə 2-ci təsnifata yüksəlib.
Əgər "Sabah" növbəti mərhələyə yüksələrsə, rəqibi məhz "Kups" klubu olacaq. (Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)