"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib

14 İyul 2026 21:28

Azərbaycan Premyer Liqası təmsilçilərindən "Qəbələ" və "Kəpəz" yoxlama oyununda üz-üzə gəlib.

Milli.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matç 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

"Qəbələ" 2026/2027 mövsümünə hazırlıq prosesi çərçivəsində daha 4 yoxlama oyununda gücünü sınayacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)