Bakıda sərnişin avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Milli.Az xəbər verir ki, 85 və 67 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar toqquşub.
Əməkdar artist Elman Rəfiyev avtobusda yaşadığı təhlükəli hadisədən danışıb.
Aktyor sosial şəbəkədə paylaşım edərək 85 saylı avtobusda olarkən 67 saylı avtobusla baş verən insident nəticəsində avtobusun yan şüşəsinin sındığını bildirib:
"Dünən 85 saylı avtobusda bu sınan şüşənin altında mən əyləşmişdim. 67 saylı avtobusun qabağında saxlayıb çamaatı düşürən bizim avtobus yenə də sərnişinlərin həyatını təhlükəyə atdı".
Aktyor bildirib ki, bundan əvvəl də bənzər hadisə ilə üzləşib:
"Bu yaxınlarda dayanacaqdan bir az aralı saxlayan avtobusdan düşən yaşlı xanım dayanacağa sürətlə girən avtobusun altında qalaraq həyatını itirmişdi. Eyni hal burada idi. İki avtobus arasında oyun: bir-birini gözləmədən sürən zaman güzgü yan şüşəni sıxdı və sındı. Mənim və yanımda oturanların başına və üstünə töküldü. Yaxşı ki, başımda şlyapa var idi. Yoxsa daha pis nəticə ola bilərdi. Bu sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi haradan tapır? Niyə sərnişinlərin həyatını təhlükəyə atırlar. Bu hala görə zərər çəkənlərə təzminat ödənməlidir". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)