Ukrayna hökuməti istefaya göndərilib

14 İyul 2026 17:38

Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkonun tutduğu vəzifədən istefasını dəstəkləyib.

Ukrayna KİV-lərinin məlumatına görə, qərarın lehinə 258 deputat səs verib.

Bu qərar eyni zamanda hökumətin bütöv tərkibdə istefaya göndərilməsi deməkdir.

Bundan əvvəl, iyulun 12-də Ukrayna Prezidenti Volodimir Zelenski baş nazir Sviridenkoya başqa vəzifənin təklif olunacağını bildirmişdi.

O eyni zamanda ölkənin siyasi strategiyasında dəyişikliklər ediləcəyini və bununla əlaqədar kadr islahatlarının həyata keçiriləcəyini açıqlamışdı.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)