Azərbaycanda səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə avtomobildə selfi çəkdirib.
Peter Pelleqrini həmin görüntünü rəsmi sosial şəbəkə hesabında paylaşıb.
Paylaşımda qeyd olunur:
"Proqramımızın növbəti hissəsi üçün Prezident İlham Əliyevlə qeyri-adi bir şəkildə hərəkət etdik. Rəsmi səfər çərçivəsində qəbul edən dövlət başçısının şəxsən avtomobil idarə etməsi, əlbəttə ki, ənənəvi hal deyil. Mən bu xüsusi və diqqətli jestdən böyük məmnunluq duydum. Bu addım ölkələrimiz arasındakı münasibətlərin səmimiliyindən, xalqlarımız arasında dostluqdan, eləcə də tərəfdaşlığımızın əsasını təşkil edən qarşılıqlı etimad və hörmətdən xəbər veririr.Bu qonaqpərvərlik nümunəsinə görə Prezident İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)