Norveç millisinin ulduzu Holand ABŞ səfəri zamanı aldığı qeyri-adi suvenirlə gündəmə gəlib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu bu maraqlı əşyanı Dallas şəhərində kovboy geyimləri və suvenirlərinin satıldığı mağazalardan birindən əldə edib.
Mağaza sahibinin sözlərinə görə, Holand milli komandadakı komanda yoldaşları ilə birlikdə bir saatdan artıq mağazada vaxt keçirib. Futbolçular alış-veriş zamanı kovboy şlyapaları, yenot dərisindən hazırlanmış papaqlar, çəkmələr, kəmərlər və köynəklər seçiblər.
Bildirilir ki, alınan müqəvvaların qiyməti 450-750 dollar arasında dəyişib. Maraqlı məqamlardan biri isə komandanın etdiyi bütün alış-verişin ödənişini Holandın öz üzərinə götürməsi olub. Bu addım futbolsevərlərin diqqətini çəkərək sosial şəbəkələrdə geniş müzakirə olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)