Qızı İlber Ortaylının əşyalarını 7-8 manatdan satır…- (Foto)

14 İyul 2026 14:03

Mərhum tarixçi İlber Ortaylının şəxsi əşyaları qızı Tuna Ortaylı tərəfindən "WhatsApp" vasitəsilə satışa çıxarılıb.

Milli.Az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, fincan, boşqab, vaza və digər məişət əşyalarının qiyməti 100-800 lirə arasında dəyişir. Satışdan əldə olunacaq gəlirin xeyriyyə məqsədilə istifadə ediləcəyi bildirilib.

Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi şəxslər əşyaların muzey və ya xüsusi kolleksiyada qorunmasının daha məqsədəuyğun olacağını qeyd ediblər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)