Atiye hamiləliyinin son günlərində səhnədə - "Qarnı burnunda" rəqsi müzakirə yaratdı - (Video)

14 İyul 2026 12:58

Dördüncü övladına hamilə olan türkiyəli müğənni Atiye səhnə fəaliyyətinə ara verməyib.

Milli.Az xəbər verir ki, ana olmasına sayılı günlər qalan sənətçi növbəti konsertində həm sevilən mahnılarını ifa edib, həm də səhnədə rəqs performansı nümayiş etdirib. Qarnı xeyli böyüməsinə baxmayaraq enerjili çıxışı ilə diqqət çəkən Atiye izləyicilərin marağına səbəb olub.

Konsertdən yayılan görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və müxtəlif müzakirələrə yol açıb. Bəzi istifadəçilər müğənninin səhnə enerjisini və peşəkarlığını yüksək qiymətləndiriblər. Digərləri isə hamiləliyinin son günlərində bu qədər aktiv olmasının riskli ola biləcəyini qeyd edərək fərqli fikirlər səsləndiriblər.

Atiyenin səhnədəki rəqs performansı sosial mediada ən çox müzakirə olunan görüntülərdən birinə çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)