Nihat Kahveci saxlanıldı - (Foto)

14 İyul 2026 13:53

Türkiyə milli komandasının keçmiş futbolçusu və idman şərhçisi Nihat Kahveci saxlanılıb.

Miilli.Az xəbər verir ki, idman şərhçisi kimi karyerasını davam etdirən Nihat Kahveci həyat yoldaşı Fulya Sever Kahvecini restoranda döydüyü iddiası ilə polis qrupları tərəfindən nəzarətə alınıb.

Cütlük arasındakı gərginlik tez bir zamanda alovlanıb. İddialara görə, Nihat Kahveci əvvəlcə arvadına şillə vurub, sonra isə ona şüşə atıb.

Qısa müddət sonra hadisə yerinə gələn polis qrupları Nihat Kahveci həyat yoldaşına hücum etdiyi iddiası ilə nəzarətə götürüb.

Hadisə ilə bağlı istintaq davam edir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)