Sosial şəbəkələrdə yayılan toy görüntüləri qısa zamanda geniş müzakirələrə yol açıb.
Milli.Az xəbər verir ki, kadrlarda bəyin gəlinə ənənəvi gül dəstəsi əvəzinə süpürgə hədiyyə etməsi əks olunub. Gözlənilməz jest toy iştirakçılarının təəccübünə səbəb olduğu kimi, sosial media istifadəçilərinin də diqqətini çəkib.
Paylaşılan görüntülər birmənalı qarşılanmayıb. Bəzi izləyicilər bunu uğursuz və yersiz zarafat kimi qiymətləndirərək tənqidi fikirlər səsləndiriblər. Digərləri isə hadisəyə yumorla yanaşaraq bəyin fərqli addım atmaq istədiyini bildiriblər.
Görüntülərin qısa müddətdə çoxsaylı baxış topladığı və müxtəlif platformalarda geniş paylaşıldığı müşahidə olunur.
Qeyd edək ki, videonun harada və nə vaxt çəkildiyi ilə bağlı paylaşımda hər hansı məlumat yer almayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)