Xalq artistimizin arxiv fotoları yayıldı: Rafet El Romanla 2001-ci ildə... - (Foto)

18 İyul 2026 01:01

Xalq artisti Aygün Kazımovanın illər öncəyə aid arxiv görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az xəbər verir ki, 2001-ci ildə lentə alınan kadrlarda pop-diva türkiyəli müğənni Rafet El Roman ilə eyni görüntüdə yer alıb. Sənətçilərin birlikdə əks olunduğu video qısa zamanda sosial mediada geniş yayılıb.

Arxiv görüntüləri izləyicilər arasında nostalji ovqat yaradıb. İstifadəçilər Aygün Kazımovanın illər keçsə də dəyişməyən görünüşü ilə bağlı çoxsaylı rəylər yazıb, bəziləri isə Rafet El Roman ilə eyni kadrlarda yer almasını maraqlı xatirə kimi qiymətləndirib.

Qısa müddətdə minlərlə baxış toplayan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)