Abşeronun Xırdalan şəhərində, Nizami küçəsində yaşayan sakinlər yaşadıqları ərazidə yaranan antisanitar vəziyyətdən narazıdırlar.
Milli.Az xəbər verir ki, onların sözlərinə görə, boş torpaq sahəsinə müxtəlif yerlərdən gətirilən məişət tullantıları atılır və nəticədə məhəllə zibilliyə çevrilib.
Sakinlər bildirirlər ki, gecə saatlarında həmin ərazi narkotik istifadəçilərinin toplaşdığı məkana da çevrilir ki, bu da təhlükəsizliklə bağlı narahatlıq yaradır.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən torpaq sahəsi şəxsi mülkiyyətdir.
Qurumun məlumatına görə, əvvəllər yaxınlıqdakı tullantı konteynerləri sakinlərin tələbi ilə götürülüb. Hazırda bəzi sakinlər zibilləri həmin şəxsi əraziyə atırlar. Problemin həlli üçün aidiyyəti qurumlara müraciət edildiyi qeyd olunub.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)