Bu gün DÇ-2026-nın 1/2 final mərhələsində keçiriləcək Fransa - İspaniya görüşünə və Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin TNS - "Sabah" cavab oyununa Azərbaycan telekanalları vasitəsi ilə baxmaq mümkün olacaq.
Milli.Az xəbər verir ki, TNS - "Sabah" matçı "CBC Sport" telekanalında nümayiş olunacaq. Oyun saat 21:30-da start götürəcək.
Fransa - İspaniya görüşü isə "İctimai TV"də canlı yayımlanacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)